Boliviyada avtobus dərəyə düşüb, 20-dən çox insan ölüb

Boliviyanın mərkəzində avtobusun dərəyə düşməsi nəticəsində 20-dən çox insan ölüb.

AzerTimes-ın məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində ölkə prezidenti Luis Arse bildirib.

L.Arse qeyd edib ki, hadisə nəticəsində 21 nəfər ölüb, 12 nəfər xəsarət alıb.

O, həmçinin faciə qurbanlarının ailələrinə başsağlığı verib.

Qəzanın dəqiq səbəbi məlum deyil, zərərçəkənlərin vəziyyəti açıqlanmayıb. Sərnişin avtobusunun dərəyə düşməsi ilə əlaqədar yoxlama keçirilir.