“Taliban” Pəncşirdə üsyançı qüvvələrə zərbələr endirib

“Taliban” hərəkatının silahlı birləşmələri Əfqanıstanın Pəncşir
əyalətində Milli Müqavimət Cəbhəsinin üsyançılarının mövqelərinə
irimiqyaslı zərbələr endirib.

AzerTimes-ın
məlumatına görə, bu barədə “TOLOnews” televiziya kanalına region
administrasiyasının nümayəndəsi Abubakar Sidikki bildirib.

“Milli Müqavimət Cəbhəsinin ən azı 10 əməkdaşı məhv edilib,
bizim tərəfimizdən itkilər beş nəfər ölüb, iki nəfər yaralanıb”, –
deyə A.Siddiki qeyd edib.

Onun sözlərinə görə, Pəncşirdə vəziyyət nəzarət altındadır,
hazırda orada “Taliban”ın 5 min döyüşçüsü yerləşdirilib.