Kubada oteldə partlayış nəticəsində ölənlərin sayı 37-yə çatıb

Kubanın Havana şəhərinin “Saratoqa” otelində partlayış baş verən
yerdə daha iki nəfərin cəsədi tapılıb.

AzerTimes-ın
məlumatına görə, bu barədə “Prensa Latina” agentliyi xəbər
verib.

Beləliklə, ölənlərin ümumi sayı 37-yə çatıb. Son məlumatlara
görə, 5-i azyaşlı olmaqla, 24 yaralı xəstəxanalardadır.

Axtarış-xilasetmə əməliyyatı davam edir.