Taliban Kabildə İŞİD terror qruplaşmasının bir qrup terrorçusunun məhv edildiyini bildirdi

Əfqanıstanın paytaxtı Kabildə baş verən qarşıdurmada “İslam Dövləti” terror qruplaşmasından olan bir qrup terrorçu zərərsizləşdirilib.

AzerTimes-ın məlumatına görə, bu barədə “Taliban” hərəkatındakı mənbədən bildirilib.

Məlumata əsasən, bir qrup İŞİD terrorçusu Kabilin Xayr-Xan rayonunda qısa bir atışmadan sonra zərərsizləşdirilib.