Oman və İranda fırtına nəticəsində 9 nəfər ölüb

Omanda baş verən “Şahin” fırtınası nəticəsində bir uşaq da daxil olmaqla ən azı üç nəfər həlak olub, daha bir neçə nəfər itkin düşüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Al Arabiya televiziya kanalı xəbər verib.

Paytaxt Maskata şəhərinin əksər küçələrini su basıb, onlarla maşın su altında qalıb. Məlumata əsasən, uşaq su axınına düşərək boğulub. Bundan başqa, paytaxtın sənaye zonasında qayanın bir hissəsi işçilərin istirahət otağına düşməsi nəticəsində iki nəfər ölüb.


Daha bir nəçə nəfərin itkin düşdüyü bildirilib.

İranda hakimiyyəti ölkənin Sistan-Bəlucistan vilayətindəki limanda 6 nəfərin öldüyünü bildirib. Ölkənin rəsmi KİV-ləri siklonun elektrik təchizatına və yollara ziyan vurduğunu deyib.