Taksi sürücüsü sükan arxasında öldü, 2 maşını əzdi – Video

Taksi sürücüsü sükan arxasında öldü, 2 maşını əzdi – Video

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzerTimes Unikal.az-a istinadən xəbər verir ki, hadisə bu gün Nərimanov rayonu, Akademik Həsən Əliyev küçəsi 74 ünvanında qeydə alınıb.

Belə ki, taksi kimi fəaliyyət göstərən “Renault” markalı avtomobilin sürücüsünün sükan arxasında halı qəfil pisləşib. Nəticədə maşın idarəetmədən çıxaraq yolun kənarında dayanan “Ford” və “Mersedes” markalı avtomobillərə çırpılıb.

Hadisə şahidlərinin sözlərinə görə, “Renault” dayananda artıq sürücü dünyasını dəyişmişdi.

Teqlər: