AZAL-ın təyyarəsi Ankarada təcili eniş etdi

AZAL-ın təyyarəsi Ankarada təcili eniş etdi

Azərbaycan Hava Yolları QSC-nin (AZAL) J2 8103 nömrəli Bakı-İstanbul (Sabiha Gökçen hava limanı) reysini yerinə yetirən hava gəmisinin kapitanı təyinat məntəqəsində əlverişsiz hava şəraiti səbəbindən Ankaradakı beynəlxalq hava limanına enmək qərarına gəlib.

AzerTimes xəbər verir ki, məlumatı AZAL yayıb.

Bildirilib ki, təyyarə yerli vaxtla saat 10:39-da Ankarada eniş edib. Sabiha Gökçen hava limanı ətrafında hava şəraiti yaxşılaşdıqdan sonra təyyarə İstanbula yola düşəcək.

Teqlər: