Tahir Gözəl “Qarabağ” üçün Budapeştə getdi

Tahir Gözəl “Qarabağ” üçün Budapeştə getdi

“Qarabağ” futbol klubunun prezidenti Tahir Gözəl komandaya dəstək olmaq üçün Macarıstanın paytaxtı Budapeştə gedib.

AzerTimes klubun rəsmi saytına istinadən xəbər verir ki, funksioner “Ferentsvaroş”la UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu öncəsi komanda üzvləri ilə görüşəcək. O, daha sonra qarşılaşmanı stadiondan izləyəcək.

Qeyd edək ki, avqustun 9-da Budapeştdəki “Groupama Arena”da oynanılacaq “Ferentsvaroş” – “Qarabağ” görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Teqlər: