Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycanda tanınmış alim vəfat etdi

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib.

AzerTimes xəbər verir ki, R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, onun Azərbaycanda proqramçıların yetiməsində müstəsna rolu olub. R.Mahmudzadə informatikanın inkişafına töhfələr verib, bu fənn üzrə olimpiada hərəkatının əsasını qoyub.

Respublika üzrə məktəblərarası informatika olimpiadalarının demək olar, hamısında jüri sədri olub. 1989-cu ildən respublikanın informatika üzrə Ümumittifaq olimpiada komandasının rəhbəri, 1994-cü ildən Beynəlxalq olimpiada komandasının rəhbəri olub. 1999-cu ildən Təhsil Nazirliyinin “İnformasiya Texnologiyaları Təhsildə” Metodiki Şurasının sədri idi. R.Mahmudzadənin 80-dən artıq elmi və pedaqoji əməyi çapdan çıxıb.

Tanınmış alim 2005-ci ildə Azərbaycan Prezidenti tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub.

Allah rəhmət eləsin.

Teqlər: