Taekvondo üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan komandasının heyəti açıqlanıb

Mayın 19-22-də Böyük Britaniyanın Mançester şəhərində
keçiriləcək taekvondo üzrə Avropa çempionatında iştirak edəcək
Azərbaycan komandasının heyəti açıqlanıb.

Azərbaycan Taekvondo Federasiyasının mətbuat xidmətindən AzerTimes-a
bildiriblər ki, çempionatda ölkəmizi federasiyanın
vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev, kişilərdən
ibarət milli komandanın baş məşqçisi Reza Mehmandoust və böyük
məşqçi Sənan Həşimov, qadınlardan ibarət milli komandanın baş
məşqçisi Səbuhi Zülfüqarov və böyük məşqçi Rəşad Məmmədovun
rəhbərliyi altında ölkəmizi 13 idmançı təmsil edəcək.

Belə ki, kişi taekvondoçulardan Səyyad Dadaşov (54 kq), Pərviz
İsgəndərov (58 kq), Qaşım Maqomedov (63 kq), Cavad Ağayev (68 kq),
Eltac Qafarov (74 kq), Taleh Süleymanov (80 kq), Milad Hərçəqani
(87 kq), və Radik İsaev (87 kq yuxarı) mübarizə aparacaq.

Qadınlardan Minayə Əkbərova (46 kq), Patimat Abakarova (49 kq),
Röya Hacıyeva (53 kq), Fatimə Məcidova (57 kq) və Fəridə Əzizova
(67 kq) dayanq üzərinə çıxacaq.

Parataekvondo komandasının da heyəti bəllidir. Qitə çempionatına
qatılacaq millinin baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar
Səfərovun yetirmələrindən Röyalə Fətəliyeva (47 kq), Sabir Zeynalov
(58 kq), Sadiq Həmidov (63 kq), İmaməddin Xəlilov (70 kq) və
Əbülfəz Abuzərli (80 kq) medallar uğrunda mübarizə aparacaq.
Xatırladaq ki, parataekvondoçuların da Avropa çempionatı eyni
məkanda keçiriləcək.

Beynəlxalq dərəcəli referi Oh Kvanq Çeol və Ramal Camalov
çempionatda ölkəmizi təmsil edəcəklər.

Teqlər: