Tacikistan Qırğızıstanın sərhəd kəndini atəşə tutub

Xəbər - Orxan Nəbiyev – Trend:

Tacikistan hərbçiləri Qırğızıstanın Arka kəndində yaşayış evlərini atəşə tutub.

AzerTimes-ın məlumatına görə, bu barədə Qırğızıstanın Sərhəd Xidməti bildirib.

Qeyd olunur ki, həmin kəndin əhalisi bir müddət əvvəl təxliyə olunub. Tacikistan tərəfi insidentlə bağlı hər hansı bir açıqlama verməyib.