Naxçıvanda saxta pul alverçisi yaxalandı

Xəbər - Samir Əli – Trend:

Naxçıvan Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini E.Məmmədov 100 dollarlıq saxta əskinası satarkən saxlanılıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyindən məlumat verilib. Məlumatda bildirilir ki, şəxsi axtarış zamanı ondan 30 ədəd 100 dollarlıq saxta əskinas aşkar edilərək götürülüb.

Faktla əlaqədar cinayət işi başlanıb.

Teqlər: