SWIFT Rusiyaya qarşı tədbirlər görməyə hazırlaşır

Beynəlxalq banklararası “SWIFT” sistemi Qərb ölkələri tərəfindən
təsdiqlənmiş və Rusiya banklarına yönəlmiş tədbirləri görməyə
hazırlaşır.

AzerTimes-ın məlumatına görə, bu barədə “SWIFT”in açıqlamasına
istinadən “Reuters” agentliyi xəbər yayıb.

“Yeni tədbirlərə məruz qalacaq təşkilatlar haqqında ətraflı
məlumat əldə etmək üçün Avropa səlahiyyətliləri ilə işləyirik və
qanuni təlimatdan sonra onları həyata keçirməyə hazırlaşırıq”, –
deyə açıqlamada bildirilir.

Xatırladaq ki, daha əvvəl Aİ, ABŞ, Fransa, Almaniya, Kanada,
İtaliya və Böyük Britaniyanın nümayəndələri sanksiyalar tətbiq
edilən Rusiya banklarının, lazım gələrsə, Rusiya Federasiyasının
digər banklarının da “SWIFT”dən çıxarılması barədə
razılaşıblar.