ABŞ BMT Təhlükəsizlik Şurasının iclasının çağırılmasını istəyib

ABŞ BMT Təhlükəsizlik Şurasının (TŞ) Ukraynadakı vəziyyətlə
bağlı fevralın 27-də növbəti iclasının çağırılmasını istəyib.

AzerTimes-ın məlumatına görə, bu barədə “TASS”a nümayəndə
heyətlərindən birindəki mənbə xəbər verib.

“Sorğu göndərilib”, – deyə mənbə bildirib. Prosedura əsasən,
müraciəti aldıqdan sonra BMT Təhlükəsizlik Şurasının sədri iclas
təyin edəcək.

“TASS”ın digər mənbəsi izah edib ki, iclas BMT Baş
Assambleyasının xüsusi sessiyasının təşkili ilə bağlı “prosessual
səsvermə üçün” çağırılıb. Prosessual səsvermədə qərar qəbul etmək
üçün Təhlükəsizlik Şurasının 15 üzvündən 9-nun səsi tələb olunur,
bu halda veto etibarlı sayılmır.