Bakıda yaşayış binasında yanğın olub, 1 nəfər xilas edilib

Bakı şəhərinin Nəsimi rayonunda üçmərtəbəli yaşayış binasının
2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan mənzilin yanar
konstruksiyaları, 2-ci və 3-cü mərtəbələrarası taxta
konstruksiyalar 10 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən AzerTimes-a verilən məlumata görə,
yanğın zamanı 1 nəfər yanğınsöndürənlər tərəfindən xilas
edilib.


Qonşu mənzillər və bina yanğından mühafizə olunub. Yanğın
yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Teqlər: