Şuşada xeyli sayda silah-sursat aşkarlanıb

Şuşada xeyli sayda silah-sursat aşkarlanıb.

Bu barədə AzerTimes-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin
Bərdə regional qrupundan məlumat verilib.

Bildirilib ki, Şuşa Rayon Polis Şöbəsinin, Dövlət Təhlükəsizliyi
Xidməti və Minatəmizləmə Agentliyinin əməkdaşlarının şəhər
ərazisində keçirdikləri tədbirlər nəticəsində müxtəlif silah-sursat
aşkar edilib.

Tapılan 1 zenit-artilleriya qurğusu, 1 avtomat, 1 qumbaraatan, 1
“Faqot”, 12 müxtəlif növ əl qumbarası, 99 müxtəlif növ mərmi, 1 220
müxtəlif çaplı patronlar və digər sursatlar götürülərək aidiyyəti
üzrə təhvil verilib.

Teqlər: