Şuşada Milli Məclisin birgə komitələrinin iclası keçirilib

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsi ilə
İnsan hüquqları komitəsinin Şuşa şəhərində birgə iclası
keçirilib.

AzerTimes-ın
məlumatına görə, iclasın gündəliyinə üç məsələ daxil edilib.

Deputatlar əvvəlcə işğaldan azad edilmiş ərazilərdə dini
abidələrin bərpası sahəsində tədbirlərlə bağlı məsələlər ətrafında
müzakirələr aparıblar.

Daha sonra komitələrin üzvləri “Böyük Qayıdış”, məcburi
köçkünlərin torpaq və əmlak hüquqlarının təmin edilməsi və s.
istiqamətlərdə çıxışlar ediblər.

Teqlər: