UNEC SABAH-ın möhtəşəm VII Vyana balı keçirilib (FOTO)

UNEC SABAH-ın təşkilatçılığı ilə ənənəvi VII
Vyana
balı
keçirilib.

Tələbələrin müasir mədəni dünyagörüşünün artırılması, onların
musiqi və rəqs zövqünün inkişaf etdirilməsi və multikultural
dəyərlərin təşviqi məqsədilə keçirilən Vyana balında Təhsil
Nazirliyinin SABAH İcra Komitəsinin üzvləri və UNEC-in struktur
rəhbərləri, UNEC SABAH-ın müəllim və tələbələri iştirak edib.

“Marriott Boulvard” Hotel-də təşkil olunan möhtəşəm Vyana
balında SABAH məzunları və tələbələri bal rəqsləri, eləcə də
klassik, milli, müasir rəqslərin peşəkar səviyyədə ifası ilə
yanaşı, bir-birindən gözəl, fərqli çıxışlar ediblər. Vyana balında
bəstəkar Tofiq Quliyevin “Dostum” musiqisinin sədaları altında
tələbələrin müəllimləri rəqsə dəvət etmələri iştirakçıların xüsusi
marağına səbəb olub.

Teqlər: