Şuşa. Trend:
Şuşada keçirilən “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq”
beynəlxalq forumunun iştirakçıları üçün şəhər üzrə ekskursiya
təşkil edilib.
Trend-in
müxbiri bildirir ki, qonaqlar Cıdır düzündə və Şuşa qalasında
olub.
Onlara Şuşanın tarix, mədəniyyəti, dahi şəxsiyyətləri, eləcə də
ölkə rəhbərliyinin tapşırğı ilə burada aparılan işlər barədə
məlumat verilib.
Qeyd edək ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və ADA
Universiteti tərəfindən təşkil olunmuş forumda 20-dən çox ölkədən
beynəlxalq beyin mərkəzlərinin nümayəndəsi, KİV nümayəndələri,
ekspertlər, tədqiqatçı alimlər iştirak edir.
Forum çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq,
imkanlar və çağırışlar” mövzusunda iki panel müzakirələri
keçirilib.
(Tərcümə: Orxan Nəbiyev)