Qarabağdakı tikinti işləri heyranlıq doğurur – Amanda Pol (VİDEO)

Şuşa. Trend:

Qarabağdakı tikinti işləri heyranlıq doğurur.

Trend-in məlumatına görə, bunu Avropa Siyasət
Mərkəzinin siyasi məsələlər üzrə analitiki Amanda Pol Şuşada “Cənubi Qafqazda inkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq
konfrans zamanı deyib.

“Mən Qarabağda infrastrukturun inkişafını qeyd etmək istərdim.
Mən Şuşaya birinci dəfədir gəlmişəm və burada aparılan tikinti
işlərinə heyranlıq duyuram”, – deyə o bildirib.

Ekspert, həmçinin, deyib ki, Qarabağda bərpa işlərinin
irəliləməsi ilə turizmin uğurlu inkişafı üçün də imkanlar
açılacaq.

Qeyd edək ki, bu gün Şuşada “Cənubi Qafqazda inkişaf və
əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilir. Tədbirdə
beynəlxalq beyin mərkəzlərinin nümayəndələri iştirak edirlər.

Konfrans çərçivəsində “Şuşa – dirçəlişə gedən yol” və “Əməkdaşlıq, imkanlar və çağırışlar” mövzusunda iki panel
müzakirələri nəzərdə tutulub.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: