Şuşada birinci Beynəlxalq Kulinariya Festivalının bir hissəsi olmaqdan xoşbəxtəm – Fransalı kulinar (FOTO)

Mən Şuşada birinci Beynəlxalq Kulinariya Festivalının bir
hissəsi olmaqdan xoşbəxtəm və qürur duyuram.

Bunu Trend
məşhur fransalı kulinar, beynəlxalq səviyyəli usta Siril Ruke
deyib.

“Mən Azərbaycana birinci dəfə gəlmişəm və Şuşada bu cür
beynəlxalq əhəmiyyətli tədbirdə iştirak etməkdən məmnunam. Mən bu
şəhəri, onun ətrafını, gözəlliklərini ilk dəfə görürəm. Bu məqamı
Azərbaycan xalqı ilə bölüşməkdən məmnunam, çünki bilirəm ki, burada
olmaqdan çox xoşbəxtsiniz və Şuşa sizin üçün çox vacibdir. Mən
Şuşanı, onun ruhunu çox sevdim və onun qədim tarixini,
mədəniyyətini diqqətlə araşdırıram”, – deyə o bildirib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edir.

Teqlər: