Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır – Polad Bülbüloğlu (FOTO)

Şuşa. Trend:

Şuşada birinci Beynəlxalq Kulinariya Festivalı böyük bayramdır
və hər kəs bu hadisəyə sevinir. Bu, bizi bu gün bir yerə toplamış
şanlı Zəfərimiz sayəsində mümkün oldu.

AzerTimes-ın məlumatına görə, bunu Azərbaycanın Rusiyadakı səfiri,
xalq artisti Polad Bülbüloğlu deyib.

“Şəhidlərimizin ruhu şad olsun. Biz hamımız Qarabağda olduğumuz
üçün sevinirik. Bu torpaqda hər şey çox gözəldir”, – P.Bülbüloğlu
deyib.

Qeyd edək ki, Şuşada Heydər Əliyev Fondu və Dövlət Turizm
Agentliyinin təşkilatçılığı ilə birinci Beynəlxalq Kulinariya
Festivalı keçirilir.

Mayın 5-dən 8-dək keçiriləcək festivalda Türkiyə, Rusiya,
Almaniya, Avstriya, Çin, Fransa, Gürcüstan, İran, İsrail, İtaliya,
Malayziya, Yaponiya, Belçika, Çexiya, Kanada, Cənubi Koreya,
Qazaxıstan, Özbəkistan və digər ölkələrdən kulinarlar, beynəlxalq
ekspertlər, qida sahəsinin nümayəndələri və blogerlər iştirak
edirlər.

Teqlər: