Şəmkir rayonunun sakinlərini və qonaqlarını “KOB Fest”ə dəvət edirik

Mayın 8-də Şəmkir rayonunda KOB Fest sərgi-satış yarmarkası
təşkil olunacaq. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
Şəmkir sakinlərini və rayonun qonaqlarını yarmarkaya dəvət
edir.

Yarmarkada KOB subyektlərinin istehsal etdikləri qida və
qeyri-qida məhsulları, sənətkarların və yaradıcı şəxslərin əl
işləri, eləcə də KOB-lar tərəfindən göstərilən xidmətlər təqdim
ediləcək. KOB Fest çərçivəsində həmçinin, sahibkarlar arasında
“B2B” görüşlər keçiriləcək, biznes xidmətlər göstəriləcək, eləcə də
mədəni-əyləncəli proqram, yaradıcı şəxslər və sənətkarlar
tərəfindən master-klasslar təşkil olunacaqdır.

“KOB Fest”in təşkilində məqsəd rayonda KOB subyektləri
tərəfindən istehsal olunan məhsulların satışına dəstək olmaq, yerli
məhsulların tanıdılması, eləcə də istehsalçılar və təchizatçılar
arasında əlaqələrin genişləndirilməsidir.

Şəmkir rayonunda Heydər Əliyev Parkında təşkil olunacaq KOB Fest
sərgi-satış yarmarkası saat 10:00-dan 20:00-dək ziyarətçilər üçün
açıq olacaqdır.

Teqlər: