Şuşada Azərbaycan-BMT tərəfdaşlığının 30 illiyinə həsr olunan
toplantı başa çatıb.
AzerTimes-ın
məlumatına görə, bu barədə öz “Twitter” səhifəsində Azərbaycan
Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici
siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
“Şuşa qalasının Gəncə qapısı qarşısında çəkilmiş bu gözəl
kollektiv şəkli ilə biz Şuşada BMT-Azərbaycan tərəfdaşlığının 30-cu
ildönümü ilə bağlı konfransı yekunlaşdırdıq”, – deyə H.Hacıyev
bildirib.