Ankara Ukraynada tezliklə atəşkəs əldə olunmasının tərəfdarıdır – Hulusi Akar

Ankara Qara dəniz regionunda sülh və sabitliyin
tərəfdarıdır.

AzerTimes-ın
məlumatına görə, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi
Akar Çanaqqala döyüşündəki qələbənin 107-ci ildönümünə həsr olunan
mərasimdə bildirib.

Nazirin sözlərinə görə, Türkiyə Ukraynada baş verənləri diqqətlə
izləyir və hər fürsətdə bu ölkədə sabitliyi bərpa edəcək dərhal
atəşkəs haqqında razılığın əldə olunmasının vacibliyini
vurğulayır.

H.Akar Ukraynada, o cümlədən Mariupol şəhəri ərazisində
dərinləşən humanitar böhrana diqqət çəkib.

“Türkiyə tərəfi Ukraynanın bu bölgəsindən Türkiyə vətəndaşlarını
və bütün mülki əhalinin təhlükəsiz şəkildə çıxarılması üçün həm
Kiyev, həm də Moskva ilə fəal əlaqə saxlayır. Türkiyə Qara dəniz
regionunda sülh və sabitlik üçün əlindən gələni etməyə davam edir,
o cümlədən Boğazların statusu haqqında Montrö Konvensiyasının
(1936-cı il) imkanlarından istifadə edir”, – deyə nazir qeyd
edib.