Şuşada 30 il sonra səyyar ədliyyə xidməti təşkil olundu

Şuşada 30 il sonra səyyar ədliyyə xidməti təşkil olundu

Şuşada 30 ildən sonra ilk dəfə səyyar ədliyyə xidmətləri təşkil olunub.

AzerTimes xəbər verir ki, bu barədə Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi Tvitterdə məlumat yayıb.

Belə ki, iki gün ərzində Şuşada Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən səyyar ədliyyə xidmətləri təşkil olunub. 30 ildən sonra ilk dəfə Şuşada çalışan vətəndaş Qəmbərov Ağahüseyn Nemət oğluna ilk notariat hərəkəti həyata keçirilib.

Teqlər: