Leylizadə Batırbeki məğlub etdi

Leylizadə Batırbeki məğlub etdi

Azərbaycanın MMA döyüşçüsü Röyal Leylizadənin Qazaxıstanın Octagon Liqasında debütü uğurlu alınıb.

AzerTimes xəbər verir ki, Azərbaycanın “ASED Fighting Championship” (AFC ASED) Liqasının “Contender” seriyasının döyüşçüsü R.Leylizadə Asiyanın “Top-3”, Qazaxıstanın isə ən nüfuzlu liqasında yerli idmançı Aktore Batırbek ilə qarşılaşıb.

57 kiloqram çəki dərəcəsində çıxış edən təmsilçimiz rəqibini məğlub edərək Octagon Liqasına uğurla start verib.

Teqlər: