Luqanskda Ukrayna ciddi itki verdi

Luqanskda Ukrayna ciddi itki verdi

Ukraynanın Luqansk bölgəsinin Torskoye kəndi yaxınlığında Ukrayna hərbçiləri xeyli itki verib.

AzerTimes xəbər verir ki, bu barədə Rusiya hərbçiləri “RİA Novosti”yə bildiriblər.

Onların sözlərinə görə, artilleriya və kəşfiyyat bölmələri düşmənə ciddi ziyan vurub:

“Ukraynanın burada son üç gündə ölən və yaralananlar arasında itkiləri 200 nəfərdən çox olar, bir neçə hərbi texnikası məhv edilib”.

Kəşfiyyatçılar vurğulayıblar ki, ciddi itkilərə baxmayaraq, Ukrayna qoşunları Luqanskın Svatovo və Kremennaya şəhərlərindən keçən cəbhə xətti boyunca hücuma cəhd etmək üçün daha çox hərbi qüvvəni hərəkətə gətirir.

Teqlər: