Şuşa və Ağdama qaz xətlərinin çəkilməsi ilə bağlı işlərə başlandı – Azəriqaz

Xəbər - Samir Əli – Trend:

İşğaldan azad edilən ərazilərimizin qazlaşdırılması ilə bağlı
layihələndirilmə işlərinə başlanıb.

AzerTimes-ın məlumatına görə, bunu “Azəriqaz” İstehsalat Birliyindən
məlumat verilib.

Məlumatda qeyd edilib ki, ilk olaraq Şuşa və Ağdam şəhərlərinin
qazlaşdırılması nəzərdə tutulub.

“Bununla əlaqədar olaraq həm magistral qaz xətlərinin çəkilməsi,
eyni zamanda şəhərdaxili qaz xətlərinin şəbəkəsinin qurulması üçün
layihələndirilmə işlərinə başlanılıb. Artıq həm Şuşa, həm də Ağdam
üzrə yeni çəkiləcək qaz xətlərinin marşrut və dəhlizləri müəyyən
edilib və sənədlər Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə
təqdim edilib.

Mart ayında biz layihləndirmə işlərini başa çatdırmağı
planlaşdırırıq. Layihələndirmə işləri başa çatdırıldıqdan sonra
maliyyə ayrılacaq və Şuşa şəhərinin qazlaşdırılması ilə bağlı
daxili şəbəkənin quraşdırılması işlərinə başlanacaq”, – məlumatda
bildirilir.

Teqlər: