Dünənki dəhşətli qəzanın görüntüləri (FOTO/VİDEO)

Xəbər - Asif Mehman -Trend:

Bakı-Quba avtomobil yolunun Sumqayıtdan keçən hissəsində
“Mercedes” markalı avtomobilin qəza etməsi nəticəsində 3 nəfər
həlak olub.

Trend xəbər verir ki, ötən gün Qusarda bir ailənin 5 üzvü –
1987-ci il təvəllüdlü Rusif Şıxov, həyat yoldaşı, 1993-cü il
təvəllüdlü Əminə Şıxova və onların üç azyaşlı övladları – 2012-ci
il təvəllüdlü Osman, 2013-cü il təvəllüdlü Süməyya və 2017-ci il
təvəllüdlü İmarə dəm qazından boğularaq vəfat edib.

Qəzaya düşənlər də həmin yas mərasiminə gedən şəxslər olub. Belə
ki, baş verən faciə ilə bağlı Qusara yola düşən, vəfat edən Əminə
Şıxovanın bacısı, 1999-cu il təvəllüdlü Ələkbərova Fidan, onun
həyat yoldaşı, sürücü 1988-ci il təvəllüdlü Əliyev Seymur Fikrət
oğlu və 2021-ci il təvəllüdlü oğlu Həmzə hadisə yerində ölüb.

Qəza anının görüntülərini təqdim edirik

Teqlər: