Şuşa və Ağdam istiqamətində may ayına olan biletlər satışa çıxarılıb

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Avtomobil
Nəqliyyatı Xidmətinin Şuşa və Ağdam şəhərlərinə istifadəyə verdiyi
müntəzəm avtobus reyslərinə may ayına olan biletlər satışa
çıxarılıb. Sərnişinlər müəyyən olunmuş marşrut xətləri üzrə
biletləri www.yolumuzqarabaga.az portalı
vasitəsilə onlayn qaydada ala bilərlər.

Trend xəbər verir ki, Şuşa və Ağdam şəhərlərinə ilk müntəzəm
avtobus marşrutları yanvarın 24-də istifadəyə verilib.

Marşrutların təhlili, həmçinin tələbat və bilet satışı
dinamikası, eləcə də vətəndaşların istəkləri nəzərə alınaraq,
avtobusların hərəkət cədvəllərində müəyyən dəyişikliklər edilib.
Təhlillər nəticəsində Bakı – Şuşa – Bakı istiqamətində əlavə reysin
açılması qərara alınıb. May ayından etibarən sərnişinlər Bakı –
Şuşa – Bakı istiqamətində həftədə 3 dəfə deyil, 4 dəfə səfər edə
biləcəklər.

Avtobus marşrutlarının may ayı üçün hərəkət
cədvəli

Marşrut

May ayı üzrə səfər günləri

Bakı – Şuşa – Bakı

Cümə axşamı, çümə, şənbə və bazar

Bakı – Ağdam – Bakı

Şənbə, bazar

Əhmədbəyli – Şuşa– Əhmədbəyli

Bazar ertəsi, çərşənbə axşamı, çərşənbə

Bərdə – Ağdam – Bərdə

Çərşənbə axşamı

Teqlər: