Şuşa şəhəri qorumalı olduğumuz mədəni irsimizdir – Qırğızıstanda Azərbaycan diasporunun nümayəndəsi

Şuşa. Trend:

Şuşa şəhəri bizim qorumalı olduğumuz mədəni irsimizdir.

Bunu Trend-ə Qırğızıstanda Azərbaycan diasporunun
nümayəndəsi, Qırğızıstan Gimnastika Federasiyasının prezidenti Əsəd
Əsədov Dünya Azərbaycanlılarının V Qurultayı çərçivəsində
deyib.

“Şuşa gözəl şəhərdir, bizə əcdadlarımızdan qalan Azərbaycanın
incisidir. Biz bu irsi qorumaq üçün hər şeyi edəcəyik”, – deyə o
bildirib.

Onun sözlərinə görə, Şuşada müxtəlif mədəni, idman yarışları
keçirmək lazımdır.

Ə.Əsədov əlavə edib ki, Azərbaycan hər zaman Qırğızıstan
Gimnastika Federasiyasını hər baxımdan dəstəkləyir.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: