“Şuşa İli” ilə bağlı Tədbirlər Planı təsdiqləndi

Nazirlər Kabineti “Şuşa İli” ilə bağlı Tədbirlər Planı”nı təsdiq
edib.

Trend xəbər verir ki, Tədbirlər Planında nəzərdə tutulan
tədbirlər Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində
aidiyyəti icraçı qurumlar üçün ayrılan vəsaitlər və
qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına həyata
keçiriləcək.

Sərəncamın icrasına nəzarət Azərbaycan Respublikası Nazirlər
Kabineti Aparatının Humanitar məsələlər şöbəsinə həvalə edilib.

Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Teqlər: