Koreyadakı soydaşlarımız Xocalı soyqırımına dair petisiya ilə çıxış ediblər (FOTO)

Koreya Respublikasında fəaliyyət göstərən “Buta”
Azərbaycan-Koreya Dostluq Assosiasiyası Xocalı soyqırımının 30-cu
ildönümü ilə bağlı yerli ictimaiyyətə petisiya ünvanlayıb.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Koreya
Prezident Administrasiyasının və Koreya Parlamentinin saytlarında
yerləşdirilmiş petisiyalarda 1992-ci il fevralın 25-dən 26-na kecən
gecə Ermənistan silahlı qüvvələrinin sovet ordusunun Xankəndidə
yerləşən 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini işğal
etdiyi və məhz azərbaycanlı olduqlarına görə dinc əhaliyə qarşı
soyqırımı törətdiyi barədə məlumat verilib.


Bu addım koreyalıların diqqətini Xocalı soyqırımına cəlb etmək
və onların “Xocalıya ədalət” beynəlxalq məlumatlandırma
kampaniyasına fəal şəkildə qoşulmasına nail olmaq məqsədilə
atılıb.

Teqlər: