Sürücülər arasında dava: biri baltalandı

Sürücülər arasında dava: biri baltalandı

Mingəçevirdə sürücülər arasında yol verməyə görə dava olub, biri baltalanıb.

AzerTimes xəbər verir ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospekti “Köhnə Toxuculuq kombinatı” adlanan yerin qarşısında baş verib.

Belə ki, “Xəzər” markalı avtomobili idarə edən 1971-ci il təvəllüdlü Faiq Şikar oğlu Məmmədov yol vermək üstündə aralarında yaranmış mübahisə zamanı “Mersedes-Benz” markalı avtomobili idarə edən 1995-ci il təvəllüdlü Elvin Camaləddin oğlu Paşayevə baş nahiyəsindən qəsdən balta ilə vurub “açıq kəllə beyin travması və kəllə qapağı sümüyünün açıq sınığı” xəsarətini yetirib.

Faktla bağlı Mingəçevir Şəhər Polis Şöbəsində cinayət işi başlanılıb.

Teqlər: