ABŞ “Vaqner”ə qarşı hərəkətə keçir

ABŞ “Vaqner”ə qarşı hərəkətə keçir

Amerika hakimiyyəti “Vaqner” qrupunun Avropa və Afrika ölkələrində əməliyyatlarının genişlənməsindən narahatdır və ona qarşı yeni addımlar atmağı planlaşdırır.

AzerTimes xəbər verir ki, bu barədə “Politiko” nəşri məlumat yayıb.

“ABŞ hökuməti “Vaqner”in suveren ölkələrin daxili siyasətinə müdaxilə etməsindən narahatdır. ABŞ qrupun Mərkəzi Afrika Respublikası, Mali və Serbiya kimi ölkələrdəki fəaliyyəti ilə bağlı kəşfiyyat məlumatları toplayır. Qrupun Serbiyadakı fəaliyyəti Kosova ilə sərhəddə gərginlik fonunda aktivləşib”, – deyə bildirib.

Teqlər: