Suriyanın şimalında 13 PKK terrorçusu zərərsizləşdirilib

Türkiyə hərbçiləri Suriyanın şimalında PKK terror təşkilatının
13 silahlısını zərərsizləşdirib.

Trend xəbər
verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat
yayıb.

Qeyd olunur ki, zərərsizləşdirilmiş terrorçular Türkiyə Silahlı
Qüvvələrinin “Zeytun budağı”, “Sülh bulağı” və “Fərat Qalxanı”
antiterror əməliyyatları zonasında silahlı basqaın əməliyyatları
hazırlayıblar.

Bundan əvvəl Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib
ki, PKK döyüşçülərinin Türkiyədə ilk cinayət törətdiyi 1984-cü
ildən 2020-ci ilin mart ayına qədər bu qanlı təşkilatın əli ilə
Türkiyə təhlükəsizlik qüvvələrinin 7500 əməkdaşı və 6800 mülki şəxs
öldürülüb.

ABŞ və Avropa İttifaqı PKK-nı terror təşkilatları siyahısına
salıb.

Teqlər: