İnsan fəaliyyəti təbii fəlakətlərin sayının artmasına səbəb olur – BMT

İnsan fəaliyyəti dünyada təbii fəlakətlərin sayının artmasına
səbəb olur.

Trend “Reuters”
agentliyinə istinadla xəbər verir ki, bu barədə BMT-nin hesabatında
bildirilir. Qeyd olunur ki, son iyirmi ildə qlobal miqyasda ildə
350 – 500 orta və ya böyük miqyaslı təbii fəlakət baş verir.
Vurğulanır ki, belə hadisələrin başvermə tezliyinin artacağı
gözlənilir.

Sənədə əsasən, fəlakətlərin, o cümlədən yanğınlar və daşqınlar
kimi hava şəraiti ilə əlaqəl, eyni zamanda pandemiyalar və ya
kimyəvi qəzalar kimi digər təhlükələrin sayı 2030-cu ilə qədər ildə
560-a və ya gündə 1,5-ə çata bilər.

İqlim dəyişikliyinin daha çox ekstremal hava hadisələrinə səbəb
olduğu, insanların potensial fəlakətlər riski ilə bağlı həddindən
artıq optimist və hazırlıqsız olduqları vurğulanır.

Hesabatda deyilir ki, fəlakətlər inkişaf etməkdə olan ölkələrə
daha çox təsir edir və bu ölkələr ÜDM-in ildə orta hesabla 1%-ni
itirir, inkişaf etmiş ölkələrdə bu göstərici 0,1-0,3%-dir.

Təbii fılakətlərdən ən çox zərər çəkən region kimi Asiya-Sakit
Okean bölgəsi göstərilir. Buradakı ölkələr hər il fəlakətlər
nəticəsində ÜDM-in orta hesabla 1,6%-ni itirir.