Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

Suriyada zəlzələ nəticəsində ölənlərin sayı 2 mini keçdi

Suriyadakı zəlzələ nəticəsində ölənlərin sayı 2032-yə çatıb.

AzerTimes xəbər verir ki, məlumatı Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Suriyadakı nümayəndəliyi yayıb.

Təbii fəlakət nəticəsində 5 minə yaxın ailə evlərini itirib, 50 min ailənin də təcili yardıma ehtiyacı var.

Ölən və yaralananların sayının daha da artacağı gözlənilir.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə qeydə alınan 7,7 maqnitudalı zəlzələ Suriyanın şimal bölgələrində də dağıntılara yol açıb.

Teqlər: