Şeyx onu Təzə Pirə rəis təyin etdi

Şeyx onu Təzə Pirə rəis təyin etdi

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Hacı Allahşükür Paşazadə “Təzə Pir” məscid kompleksinə rəis təyin edib.

AzerTimes Qaynarinfo.az-a istinadən xəbər verir ki, QMİ-nin İrandakı nümayəndəsi Hacı Şamil Rəsulov “Təzə Pir” məscid kompleksinin rəisi təyin olunub.

Qeyd edək ki, Şamil Rəsulov 2014-cü ildə QMİ Qazılar Şurasının üzvü, Fətva şöbəsinin müdir müavini vəzifəsindən azad olunaraq, idarənin İranda nümayəndəsi təyin olunmuşdu.

Xatırladaq ki, “Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev 08.11.2022-ci ildə 65 yaşında dünyasını dəyişib.

Teqlər: