Fevralın 22-də paytaxtın Suraxanı rayon sakini İlkin Cavadovun
qəsdən öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil
olub.
Suraxanı rayon prokurorluğundan AzerTimes-a verilən məlumata görə,
aparılmış araşdırmalarla zərərçəkmişin həmyerlisi Tural
Məmmədovun aralarında yaranmış mübahisə zamanı yivsiz ov silahı ilə
İlkin Cavadovu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr
müəyyən edilib.
Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin
29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi
başlanmışdır.
Tural Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb
olunub.
Cinayət işi üzrə istintaq davam edir.