Salyanda itkin düşdüyü bildirilən şəxs həbs edilib

Xəbər - Samir Əli – Trend:

Salyanda itkin düşdüyü bildirilən şəxs həbs edilib.

Bu barədə AzerTimes-ın
sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin
Şirvan Regional Qrupunun baş inspektoru Nizam Həmidov bildirib.

O qeyd edib ki, Kamran Dadaşzadənin itkin düşməsi ilə bağlı
məlumat həqiqəti əks etdirmir.

“Kamran Dadaşzadə narkotik vasitələrin qanunsuz dövriyyəsində
şübhəli bilindiyi üçün Bakı şəhəri ərazisində saxlanılıb. Üzərinə
keçirilən baxış zamanı ondan narkotik vasitə aşkarlanıb. Həmin şəxs
barəsində toplanmış materiallar məhkəməyə göndərilib və məhkəmənin
qərarı ilə K.Dadaşzadə 30 sutka inzibati qaydada həbs edilib”, –
qurum rəsmisi bildirib.

Qeyd edək ki, sosial şəbəkələrdə Kamran Dadaşzadənin itkin
düşməsi ilə bağlı məlumatlar yayılıb.

Teqlər: