Azərbaycanın xarici siyasətində qoşulmama hərəkatının yeri və əhəmiyyəti – “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)

Azərbaycanın sədrliyi dövründə Qoşulmama Hərəkatının (QH)
nüfuzunun artması, beynəlxalq arenada söz sahibinə çevrilməsi
hərəkata üzv ölkələrin də diqqətindən qaçmayıb. Məhz bu səbəbdəndir
ki, QH-na üzv dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin
2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul edib. Bu,
həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzunun daha bir
göstəricisi, QH üzvləri tərəfindən Azərbaycan Prezidentin qlobal
liderlik səylərinə verilən yüksək qiymətdir.

AzerTimes-ın məlumatına görə Ətayə Ələmdarqızının təqdimatında
AzTV-nin “Əsas məsələ” verilişində “Azərbaycanın xarici siyasətində
qoşulmama hərəkatının yeri və əhəmiyyəti” mövzusunda aparılan
müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları
– Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin şöbə müdiri Fuad
Çıraqov, politoloq Ceyhun Əhmədov və hüquq elmləri doktoru,
professor Namiq Əliyev mövzu ətrafında müzakirə aparıblar.

“Əsas məsələ” verilişini bütöv şəkildə Azərbaycan
Televiziyasının “YouTube” kanalından izləyə bilərsiniz:

Teqlər: