Sunak Ukraynaya göndərilən hərbi yardımı yoxlamağı tapşırdı

Sunak Ukraynaya göndərilən hərbi yardımı yoxlamağı tapşırdı

Böyük Britaniyanın Baş naziri Rişi Sunak hökumətə Ukraynaya verilən hərbi yardımı yoxlamağı tapşırıb.

AzerTimes xəbər verir ki, bu barədə “BBC” Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.

Bu tələb Britaniya hökumətinin bəzi üzvlərinin ölkə hərbi rəhbərliyinin yaxın aylarda münaqişənin gedişatına təsir edən əsas amil kimi Qərbin Ukraynaya silah tədarükü ilə bağlı səsləndirdiyi bəyanatları təşvişə salıb.

Nəşrin mənbələri yoxlamaların Böyük Britaniyanın etdiyi yardımların Ukraynadakı hərbi əməliyyatların gedişinə necə təsir etdiyini qiymətləndirmək məqsədi daşıdığını bildirir.

Ukrayna Prezidenti Vladimir Zelenski də Britaniya hökumətində davam edən müzakirələrdən xəbərdardır. Buna görə Sunakı Kiyev hakimiyyətinə dəstəyi azaltmamağa çağırır.

Qeyd edək ki, 2022-ci ildə Britaniyanın Ukraynaya hərbi yardımının həcmi təxminən 2,3 milyard funt sterlinq təşkil edib.

Teqlər: