ABŞ-ın Türkiyə ilə bağlı bu qərarı Afinanı təşvişə saldı

ABŞ-ın Türkiyə ilə bağlı bu qərarı Afinanı təşvişə saldı

ABŞ Konqresinin Nümayəndələr Palatasının qarşıdakı il üçün müdafiə büdcəsində F-16 qırıcıları ilə bağlı Türkiyəyə tətbiq olunan məhdudiyyətlərin aradan qaldırması Yunanıstanda təşviş yaradıb.

AzerTimes xəbər verir ki, bu barədə “Haber7.com” saytı məlumat yayıb.

Bildirilib ki, Afina bu vəziyyətin qarşısını almaq üçün addımlar atmağa çalışır:

“Yunan mediasının yaydığı məlumata görə, Vaşinqton və Ankara arasında F-16-lar üçün texniki danışıqlar başa çatıb, lakin yunan lobbisi F-16-ların satışının qarşısını almaqda israrlıdır. Türkiyənin əleyhinə çıxışları ilə tanınan amerikalı senator Bob Menendez yenə qalmaqallı sözlərlə satışın qarşısını alacağını vurğulayıb. Yunan mətbuatı da “Beynəlxalq satışlarla bağlı son söz Konqresdədir və Senatın Xarici Əlaqələr Komitəsinin sədri, senator Menendez belə bir təşəbbüsün qarşısını almaq niyyətini dəfələrlə ifadə edib” fikrini gündəmdə saxlayır”.

Teqlər: