Sunak baş nazir oldu, funt dəyər qazandı

Sunak baş nazir oldu, funt dəyər qazandı

Böyük Britaniya funtu Rişi Sunakın baş nazir olmaq uğrunda yeganə namizəd olması xəbəri fonunda bahalaşıb.

AzerTimes xəbər verir ki, funt əsas valyutalar arasında artım üzrə lider olub. Boris Consonun namizədliyini geri götürməsindən sonra Asiya sessiyası zamanı funt/dollar nisbəti 1,1402 səviyyəsinə yüksəlib. Daha sonra cütlük mövqeyini bir qədər itirib və 0,2% ucuzlaşaraq 1,1290 səviyyəsinə düşüb.

Funtun avroya qarşı tərəddüdü daha güclü olub, avro/funt nisbəti 0,25% ucuzlaşaraq 0,8710 olub.

Teqlər: