Bu tarixdə İsrail Livanla saziş imzalayacaq

Bu tarixdə İsrail Livanla saziş imzalayacaq

Oktyabrın 27-də İsrail və Livan arasında dəniz sərhədinin demarkasiyasına dair saziş imzalanacaq.

AzerTimes xəbər verir ki, bu barədə İsrail Baş naziri Yair Lapid məlumat verib.

“Cümə axşamı Livan ilə tarixi saziş imzalayacağıq. İsrail yaxın gələcəkdə Avropanın mühüm qaz tədarükçüsünə çevriləcək. Bu arada “yaşıl” enerji və bərpa olunan enerji üçün orta və uzunmüddətli həllər tapmaq üçün birlikdə çalışmalıyıq”, – Lapid söyləyib.

Qeyd edək ki, daha öncə iki ölkə arasında dəniz sərhədi ilə bağlı razılaşma əldə edildiyi məlumat yayılmışdı.

Teqlər: