Sumqayıtda zavodda yanğın: FHN əməkdaşı xəsarət aldı

Sumqayıtda zavodda yanğın: FHN əməkdaşı xəsarət aldı

Sumqayıt şəhəri, Hacı Zeynalabdin qəsəbəsində yerləşən “Sumqayıt Aşqarlar” zavodunun ərazisində baş verən yanğında Fövqəladə Hallar Nazirliyinin (FHN) bir əməkdaşı xəsarət alıb.

AzerTimes Report-a istinadən xəbər verir ki, zavodda istifadə olunmuş yağların toplandığı quyu yanıb.

Yanğının söndürülməsi zamanı FHN-in Sumqayıt Şəhər Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşı Sumqayıt şəhər sakini 1997-ci il təvəllüdlü Ramil Fikrət oğlu Məmmədli sağ çiyinin əziyi xəsarəti alıb.

Teqlər: