Sumqayıtda ticarət mərkəzi qarət edilib, 12 min manatlıq ayaqqabı oğurlanıb

Xəbər - Samir Əli – Trend:

Sumqayıt şəhərində ticarət mərkəzlərindən birindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, Sumqayıt ŞPİ 4-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində ötən il dekabrın 24-də şəhər ərazisindəki ticarət mərkəzlərindən birinin anbarından 12.000 manat dəyərində 400 cüt ayaqqabı oğurlamaqda şübhəli bilinən Ş.Məhərrəmov müəyyən edilərək saxlanılıb.

Teqlər: