Kiber təhlükəsizlik təlimlərinə qeydiyyat başlayıb (FOTO)

2018-ci ildən qlobal arenada və ölkə daxilində kiber təhlükəsizlik sahəsində öz sözünü demiş Defscope şirkəti tərəfindən yeni yaradılmış Defscope TRD mərkəzində (Təlim, Araşdırma və İnkişaf mərkəzi) həyata keçiriləcək təlimlərə qeydiyyat mərhələsi artıq başlayıb.

Təlimlərin əsas məqsədi dövlət, ictimaiyyət və bizneslərin İnformasiya Təhlükəsizliyinin qorunması üçün peşəkar kadr ehtiyatının hazırlanmasıdır. Kiber təhlükəsizlik sahəsinə yeni başlamaq istəyənlər, digər sahələrdən keçid etmək istəyənlər və bu sahədə çalışaraq eyni zamanda biliklərini artırmaq istəyən şəxslər təlimlərdə iştirak edə bilərlər.

Keçiriləcək təlimlər bunlardır:

DS CISO DS Təhlükəsizlik maariflənməsi DS Analitik DS Etik Haker DS Admin DS Kiber təhlükəsizliyə giriş DS İdarəetmədə İnnovasiya DS English for IT

Hər bir təlim professional təlimçilər tərəfindən ən son metodalogiyalara uyğun şəkildə tərtib olunub. Bunların arasında Azərbaycanda ilk dəfə olaraq təşkil olunacaq “İnformasiya Təhlükəsizliyinin İdarəedilməsi” (DS CİSO) təlimi xüsusi yer tutur. İnformasiya Təhlükəsizliyi sahəsində fəaliyyət göstərən idarəçilər və konsultantlar üçün nəzərdə tutulmuş bu təlimdə İnformasiya Təhlükəsizliyində risklərin effektiv idarə edilməsi və idarəetmə üzrə ən yaxşı beynəlxalq təcrübələr, onların səmərəli tətbiqi yolları tədris ediləcək.


Təlimlər ənənəvi şəkildə keçiriləcəkdir. İştirakçıların istəyinə uyğun olaraq onlayn şəkildə dərslərə qoşulma imkanı yaradıla bilər.

Defscope şirkəti təlimləri uğurla başa vurmuş şəxsləri sertifikatla təltif edəcək, gələcəkdə onlara şirkətin yerli və ya beynəlxalq layihələrində iştirak etmək imkanı yaradacaqdır. Xatırladaq ki, buna qədər Azərbaycanda ilk dəfə Kiber təhlükəsizlik üzrə “bootcamp”ı (intensiv kiber təhlükəsizlik təlim proqramı) məhz Defscope şirkəti təşkil etmiş və hazırda həmin “bootcamp”ın iki məzunu şirkətdaxili təcrübə proqramında iştirak edirlər.

Mövcud təlimlərlə tanış olmaq və daha ətraflı məlumat üçün https://az.defscopetrd.com/catalog linkinə keçid edə bilərsiniz.

Təlimlər haqqında daha geniş məlumat almaq və ya suallarınızla bağlı isə [email protected] email ünvanına yaza və ya +994552041912 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.